22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika çempionatının final mərhələsi keçirilib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Məftun Xəlilov çıxış ediblər. Bildirilib ki, yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında, onların əsl vətəndaş kimi yetişməsində fiziki tərbiyə və idmanın böyük rolu var. İdman yeniyetmə və gənclərin milli mənlik şüuru­nun, vətənpərvərlik və mübarizlik hislərinin formalaşmasında xüsusi rol oynayır.
Muxtar respublikanın 8 komandasının mübarizə apardığı final mərhələsində şagirdlər qumbaraatma, turnikdə dartınma və 100, 2000 metr məsafəyə qaçışda qüvvələrini sınayıblar.
Yekun nəticəyə əsasən, Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası bütün rəqiblərini üstələyərək muxtar respublika çempionatının final mərhələsinin qalibi olub. Digər iki pillədə isə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəb və Kəngərli rayon Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin komandaları qərarlaşıb.
Sonda qaliblərə diplom və kubok təqdim edilib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR