18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Naxçıvanda ilk dəfə qızlar arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
Yoldaşlıq görüşündən əvvəl çıxış edən federasiyanın sədr müavini Ənvər Məmmədov Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlar barədə idmançılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi görüşdə Culfa və Ordubad basketbolçuları üz-üzə gəliblər.
“Culfa” komandası ordubadlı həmkarlarını 27:17 hesabı ilə məğlub edib.
Ceyhun Məmmədov