22 Dekabr 2024, Bazar

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda paralimpiyaçılar arasında yüngül atletika (100-200 metr məsafəyə qaçış) üzrə yarış keçirilib.
Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək bildiriblər ki, muxtar respublikada məhdud fiziki imkanlı gənclərin idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Bu qəbildən olan tədbirlərin keçirilməsində də əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin idmana olan maraqlarını artırmaqla onlarda sağlam həyat tərzini formalaşdırmaq, həmçinin istedadlı idmançıları aşkara çıxarmaq, habelə onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır.
Yarışda 20 paralimpiyaçı bacarığını nümayiş etdirib. 100 metr məsafədə bütün rəqiblərini qabaqlayan Təvəkkül Tağıyev qalib adını qazanıb. Digər iki pillədə isə Fazil Ağayev və Coşqun Hüseynov qərarlaşıb. 200 metr məsafəni isə hamıdan tez Zamin Zahidli qət edib. Firəddin Əliyev ikinci, Vüsal Nağıyev isə üçüncü olublar.
Sonda ilk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının mükafatları, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR