Ötən həftə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kişilər arasında peşəkar kikboksinq turnirinin qalibləri arasında turnir keçirilib. Bu yarışda Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi Ruslan Musayev də iştirak edib. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının digər yetirməsi Nail Hüseynov da uğur əldə edib. Kikboksinqçimiz Ukraynada keçirilən ölkə çempionatında çıxış edib və qalib adını qazanıb.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim olunub.
Ceyhun Məmmədov