22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən estafet yarışına yekun vurulub. Naxçıvan Muxtar Respublika Stadionunda təşkil edilən yarışda nazirliyin 14 komandası çıxış edib. Hər komandanın heyətində 4 atletin mübarizə apardığı yarışda idmançılar, ümumilikdə, 4000 metr məsafəni qət etməli olublar. Finiş xəttinə hamıdan tez çatan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandası birinci yerə layiq görülüb. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı əməliyyat taqımının komandası ikinci, Babək Rayon Polis Şöbəsinin komandası isə üçüncü olublar.
Sonda qaliblərə diplomlar təqdim olunub.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR