Naxçıvan boks tarixində ilkə imza atan və ilk dəfə Azərbaycanda keçirilən “Bakı-2015” Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev yığma komandanın heyətində məşqlərini davam etdirir. Oktyabrda Qətərdə təşkil olunacaq dünya çempionatında iştirak edəcək boksçumuz hazırlıqlarına sentyabrın 1-dən start verib. Qarşıdakı dünya çempionatında 56 kiloqram çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev sentyabrın 26-da millinin heyətində İtaliyaya gedəcək. İkihəftəlik təlim-məşq toplanışından sonra boksçumuz Qətərə yollanacaq. Qətərdə keçiriləcək dünya çempionatı böyük əhəmiyyət kəsb edir. Belə ki, bu çempionatda ilk 3 pilləni tutan idmançılar gələn il Braziliyanın Rio-de Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar.
Xəbərlər şöbəsi