İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Boks Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 16 çəki dərəcəsində 40-a yaxın idmançı mübarizə aparıb.
Açıq birincilikdə Naxçıvan şəhərinin komandası ilə yanaşı, Ordubad və Kəngərli rayonlarının dəri əlcək ustalarından ibarət komandaları da qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən, Elvin Seyidov (Ordubad), Nazim Abazərli (Naxçıvan), Süleyman Abdullayev (Kəngərli), Ayxan Quliyev (Naxçıvan), Ülvi Süleymanov (Naxçıvan), Hidayət Məmmədov (Naxçıvan), Kənan İbrahimov (Ordubad), Muxtar Fərzəliyev (Naxçıvan), Ayxan Süleymanov (Naxçıvan), Əbülfəz Xəlilov (Naxçıvan), Zakir Abbasov (Naxçıvan), Yenisey İmanov (Naxçıvan), Arif Bayramov (Naxçıvan), Yuris Allahverdiyev (Naxçıvan), Qənbər Abdullayev (Naxçıvan) və Toğrul İsmayıllı (Naxçıvan) müvafiq olaraq 28, 32, 34, 38, 40, 42, 46, 48, 50, 54, 57, 60, 64, 69, 75, 81 kiloqram çəki dərəcələrində I yerə layiq görülüblər.
Sonda qaliblər Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Ceyhun Məmmədov