22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının “Naxçıvan” və “Budokan” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi görüşün açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu yarışı keçirməkdə məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq, Naxçıvan şəhərində yeniyetmə və gəncləri idmana cəlb etməkdən ibarətdir.
Səkkiz yaş qrupunda 40-a yaxın idmançının iştirak etdiyi görüş “Naxçıvan” komandasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Sonda fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR