Cari ildə muxtar respublika idmançılarının beynəlxalq arenalarda qazandıqları uğurlara daha biri əlavə olunub.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi İlkin Səfərov bu dəfə bayrağımızı İngiltərənin Norviç şəhərində dalğalandırmağa müvəffəq olub. Bu şəhərdə MMA qarışıq döyüş növü üzrə keçirilən dünya çempionatında idmançımız finala kimi rinqdə rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada onun rəqibi yerli döyüşçü olub. İlkin Səfərov rəqibini məğlub edərək cari ildə ikinci dəfə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, idmançımız iyul ayında İtaliyada keçirilən dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Ceyhun Məmmədov