Türkiyənin Sakarya şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. Bir çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması da mübarizə aparıb. Sevindirici haldır ki, millimizin heyətində Türkiyəyə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abdulla İsmayılov da yollanıb. 90+ kiloqram çəki dərəcəsində tatamiyə çıxan həmyerlimiz finala kimi bütün rəqiblərini məğlub edib. Həlledici qarşılaşmada məğlub olan Abdulla İsmayılov beynəlxalq turniri ikinci pillədə başa vurub.
Sonda idmançımıza medal və Türkiyə Gənclər və İdman Nazirliyinin diplomu təqdim olunub.
Ceyhun MƏMMƏDOV