Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Dörd yaş qrupunda 40-a yaxın idmançının iştirak etdiyi birincilikdə gənc üzgüçülərin gərgin mübarizəsi diqqətdən yayınmayıb. Nəticəyə əsasən, 2001-ci il təvəllüdlü idmançılar arasında Vüqar Nəsirli, 2002-ci il təvəllüdlü idmançılar arasında Məhəmməd Abasquliyev, 2003-cü il təvəllüdlü idmançılar arasında Amil Kətanov, 2004-2006-cı illər təvəllüdlü idmançılar arasında isə Abdulla Əlisoy bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə hamıdan tez çatıblar.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.
Ceyhun MƏMMƏDOV