İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir. Turnirdə Azərbaycan milli komandası da iştirak edir. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet birincilik uğrunda mübarizə aparır.
Yığmamızın heyətində İsveçə yollanan idmançılar arasında Naxçıvan təmsilçisi Tarmenxan Babayev də var. O, yaşı 15-ə qədər oğlanların yarışında 62 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İdmançımız 197 kiloqram yekun nəticə göstərərək sıralamada 6-cı yeri tutub.
Qeyd edək ki, Avropa birinciliyi avqust ayının 9-na kimi davam edəcək.
Ceyhun Məmmədov