22 Dekabr 2024, Bazar

23 iyun-3 iyul tarixlərində Türkiyənin Konya şəhərində şahmat üzrə məktəblilər arasında Avropa çempionatı keçirilib.
Qitə birinciliyində muxtar respublikanı Aynur Kətanova, Sadiq Məmmədov və Pərviz Qasımov təmsil ediblər. Ən uğurlu nəticəni isə 15 yaş qrupunda çıxış edən Pərviz Qasımov qazanıb. O, bu yaş qrupunda olan 52 şahmatçı arasında ikinci yerə çıxıb. 9 turdan ibarət olan Avropa çempionatında FİDE ustamız 6,5 xal toplayıb və liderdən yarım xal geri qalıb. Qazandığı bu uğurdan sonra Pərviz Qasımov Xorvatiyanın Porets şəhərində keçiriləcək Avropa çempionatına, həmçinin gələn il Tunisdə təşkil olunacaq şahmat üzrə məktəblilər arasında dünya çempionatına vəsiqəni təmin edib.
Konyada keçirilən Avropa çempionatının ikincisi olan idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub. Onu da qeyd edək ki, şahmat üzrə məktəblilər arasında keçirilən qitə birinciliyində beynəlxalq hakim Emin Hacıyev də ədalət təmsilçisi kimi iştirak edib.
Qəzetimizə açıqlamasında Avropa çempionatının gümüş mükafatçısı dedi: “Məqsədim qarşıdakı turnirlərə daha ciddi hazırlaşmaq və Naxçıvana uğurlarla qayıtmaqdır. Təbii ki, Konyada qazandığım uğurun arxasında daimi məşqlərlə yanaşı, göstərilən diqqət və qayğının da böyük rolu var”.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR