Ordubad rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş 15 iyun-6 iyul 2015-ci il tarixləri arası keçirilən mini-futbol yarışı başa çatmışdır.
Final görüşünə kimi 10 komanda dairəvi üsulla oyunlar keçirmiş və 4 komanda yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Ordubad rayon birinciliyinin həlledici qarşılaşmasında Ordubad Rayon Gənclər və İdman İdarəsinin “Gənclər birliyi” komandası ilə Ordubad şəhərinin “Qapıcıq” komandası üz-üzə gəlmişlər. “Qapıcıq” komandası 4:2 hesabı ilə qalib gəlmiş və birinci yerə layiq görülmüşdür.
Qalib komanda kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti