Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Babək Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup gəncin Naxçıvan şəhərindəki Cəmşid Naxçıvanskinin ev-muzeyinə və Xatirə Muzeyinə ekskursiyası təşkil edilib. Gənclərə hər iki muzeydə olan eksponatlar və hərb tariximiz barədə ətraflı məlumat verilib. Bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılmasında, hərb tariximizin öyrənilməsində müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq gələcəkdə də keçirilməsi davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti