İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbov tədbiri açıq elan etmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 yaş qrupunda 50 idmançı iştirak etmişdir. Yarışda 1998-1999-cu illər təvəllüdlü idmançılar arasında Şahin Qubadov, 2000-ci il təvəllüdlü idmançılar arasında İsmayıl Haqverdiyev, 2001-ci il təvəllüdlü idmançılar arasında Alı Əmrahov, 2002-ci il təvəllüdlü idmançılar arasında Həsən Abbasov, 2003-2005-ci illər təvəllüdlü idmançılar arasında isə Əsgər Məmmədov həmyaşıdları arasında birinci yerə layiq görülmüşlər.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti