Ötən ayın son günlərində Rusiyanın Novorossiysk şəhərində Budo K-1 növü üzrə dünya kuboku uğrunda qitələrarası döyüş turnirinin Avropa-Asiya mərhələsinin döyüşləri keçirilib. “Qara dəniz kuboku-2015” adlanan turnirdə ölkəmizin şərəfini 7 idmançı qoruyub. Bu idmançıların üçü Naxçıvan Muxtar Respublikasının kikboksinqçiləri olub. 20-dən çox ölkə idmançısının mübarizə apardığı turnirdə hər üç idmançımız fəxri kürsüyə yüksəlməyi bacarıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının idmançılarından Ruslan Musayev qızıl, Samiq Seyidzadə gümüş, Nail Hüseynov isə bürünc medal qazanıblar.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom, kubok, medal və hədiyyələr təqdim olunub.
Ceyhun Məmmədov