“Bakı-2015” ilk Avropa Oyunlarında boks yarışları davam edir. Dünən 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçirilib. Yığmamızın üzvü, Naxçıvan boksçusu Tayfur Əliyev 54 kiloqram çəkidə 1/8 finaldan mübarizəyə qoşulub. Onun rəqibi bundan öncəki mərhələdə ispaniyalı Dieqo Pereyra Ferrerini məğlub edən (3:0) Nikolae Andreiana olub. Tayfur Əliyev bu döyüşündə inamlı qələbə qazanıb. O, rəqibini məğlub etməkdə ciddi çətinlik çəkməyib – 3:0 (30:27; 29:28; 30:27). Tayfur Əliyev 1/4 finalda Fredrik Yensenlə (Danimarka) gücünü yoxlayacaq. Görüş iyunun 22-də olacaq.
Ceyhun Məmmədov