Culfa Rayon Uşaq-gənclər idman məktəbi 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş cüdo üzrə rayon birinciliyi keçirib. Birincilikdə 60-a yaxın idmançı olimpiya sistemində və 7 çəki dərəcəsində qüvvəsini sınayıb. Yekun nəticəyə görə, müxtəlif çəki dərəcələrində Məhəmməd Yaqublu, Cəlal Məmmədov, Asif Məmmədov, Emil Nəzərov, Əli Səfərəliyev, Səfər Məmmədov və Elsevər Məmmədov I yerə layiq görülüblər.
Qalib və fərqlənən idmançılara Culfa Rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq-gənclər idman məktəbinin diplomları təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti