22 Dekabr 2024, Bazar

Babək rayon Nehrəm kənd 3 nömrəli tam orta məktəbdə Babək Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Uşaq-gənclər idman məktəbinin və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası Babək rayon bölməsinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri keçirilib. Turnirdə 6 komandada 90-dan çox güləşçi mübarizə aparıb.
Babək Rayon Uşaq-gənclər idman məktəbinin direktoru Füzuli Salmanov, Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı və Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Müslüm Vəliyev çıxış edərək ümummilli liderin həyat və fəaliyyətindən, muxtar respublikamızda idmana göstərilən diqqət və qayğıdan bəhs ediblər. Sonra yarışa start verilib.
Turnirin qalibi Nehrəm kəndinin komandası olub. İkinci yerə Zeynəddin, üçüncü yerə isə Şıxmahmud kəndlərinin komandaları layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR