22 Dekabr 2024, Bazar

İlk dəfə Azərbaycanda keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunlarının başlamasına az bir zaman qalıb. Artıq bu mötəbər idman tədbirində iştirak edəcək ölkələr mübarizə aparacaqları yığmalarının heyətlərini açıqlayıblar. Azərbaycanı Avropa Oyunlarında 291 idmançı təmsil edəcək ki, onlar arasında Naxçıvan idmançıları da var. İlk Avropa Oyunlarında ölkəmizin boks üzrə yığmasının heyətində 56 kiloqram çəki dərəcəsində rinqə Tayfur Əliyev çıxacaq. Onunla yanaşı, güləş yığmamızın heyətinə naxçıvanlı güləşçi Hacı Əliyev də dəvət olunub.
Boks üzrə yığmamızın heyətini müəyyənləşdirmək üçün son sparrinq görüşləri keçirilib. 56 kiloqram çəki dərəcəsində kişilər arasında son ölkə çempionu, Naxçıvan boksçusu Tayfur Əliyev rinqdə dünya çempionu Cavid Çələbiyevlə üz-üzə gəlib. Görüşü tam üstünlüklə başa vuran naxçıvanlı boksçu “Bakı-2015” Birinci Avropa Oyunlarında iştirakını təmin edib.
Bu görüşə kimi idmançımız boks üzrə kişilərdən ibarət Azərbaycan yığmasının heyətində İtaliya və Meksikada təlim-məşq toplanışında olub. Bu toplanış zamanı Tayfur Əliyev öz çəki dərəcəsində sparrinq görüşlərində italyan və meksikalı həmkarlarını məğlub etməklə diqqətləri öz üzərinə cəlb edib.
Qeyd edək ki, “Bakı-2015” Birinci Avropa Oyunlarında iştirak edəcək azərbaycanlı idmançılar iyun ayının 8-dən etibarən yeni tikilən atletlər kəndində toplaşacaqlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR