Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında 5-ci turun oyunları keçirilib.
“Naxçıvan” komandası səfərdə culfalı həmkarları ilə qarşılaşıb və meydanı 76:42 hesablı qələbə ilə tərk edib. Onlar kimi “Ordubad” komandası da qələbə sevinci yaşayıb. Bu dəfə ordubadlı basketbolçular “Babək” komandası qarşısında çətin anlar yaşasalar da, sonda 2 xalı aktivlərinə yaza biliblər – 45:40. “Lokomotiv”-“Naxçıvan” Universiteti komandalarının oyununda da azarkeşlər 5 xallıq fərqin şahidi olublar. Belə ki, daha üstün oyun sərgiləyən meydan sahibləri qələbə qazanmaqla, xallarını 7-yə çatdırıblar. Ümumiyyətlə, bu turu meydan sahibləri üçün uğurlu hesab etmək olar. “Lokomotiv” və “Ordubad” komandaları kimi, “Şərur” komandası da doğma meydan amilindən yararlanmağa müvəffəq olub. Onlar mövsüm ərzində ikinci qələbələrini “Sədərək” komandası üzərində əldə ediblər – 44:25.
Ceyhun Məmmədov