Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında 4-cü turun oyunları keçirilib.
Çempionatın favoritləri bu turu da itkisiz başa vurublar. Turnir cədvəlinin lideri “Naxçıvan” komandası “Naxçıvan” Universiteti basketbolçularını sınağa çəkib. Oyun ərzində üstünlüyü əldən verməyən lider meydanı böyükhesablı qələbə ilə tərk edib – 110:31. Rəqibini daban-dabana izləyən “Ordubad” komandası da qələbəni bayram edib. Onlar budəfəki səfərdə “Lokomotiv” komandasını məğlub ediblər – 28:48. Ordubadlı basketbolçular kimi, culfalı idmançılar da bu turu səfərdə qələbə ilə başa vurublar. Sədərəkdə eyniadlı komandanın qonağı olan “Culfa” komandası 73:40 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. Dördüncü turun son oyununda isə meydana Babək və Şərur basketbolçuları çıxıblar. Baxımlı oyun babəklilərin 56:30 hesablı qələbəsi ilə yekunlaşıb.
Ceyhun Məmmədov