Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə birincilik keçirilib. Təhsil Nazirliyinin və Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə 86 zəka sahibi qüvvəsini sınayıb. Yarışın yekunlarına əsasən, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Süleyman Məmmədov qalib adını qazanıb. 5 nömrəli tam orta məktəbin şagirdləri Rəvan Rəhimov və Kərim Rəhimov isə digər iki pillədə qərarlaşıblar.
Sonda qaliblərə diplomlar təqdim olunub.
Ceyhun Məmmədov