22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi turnirdə 10 çəki dərəcəsində 200-ə yaxın idmançı iştirak edib.
Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahim­ov, Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının və Şərur Xalq Yallı Ansamblının bir-birindən maraqlı çıxışları olub.
İki gün davam edən yarışın final qarşılaşmaları gərginliyi ilə yadda qalıb. Kişilərin mübarizəsində Kənan Məmmədov (60 kq), Ruslan Musayev (63 kq), Samiq Seyidzadə (67 kq), İbrahim İbrahimli (75 kq), Hüseyn Xəlilov (81 kq) və Mirəli Seyidov (91 kq) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar. Yeniyetmələrin mübarizəsində isə Əhməd Cəfərov (51 kq), Bəxtiyar Qəribov (54 kq), Mərdan Muradov (60 kq) və Mətin Zal (67 kq) qalib adını qazanıblar.
Sonda qalib idmançılar diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR