22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş basketbol üzrə muxtar respublika birinciliyinə dünən yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birincilikdə muxtar respublikanın şəhər və rayonlarından 8 komanda mübarizə aparıb.
“A” qrupunda “Naxçıvan”, “Şahbuz”, “Şərur” və “Babək”, “B” qrupunda isə “Ordubad”, “Lokomotiv”, “Culfa” və “Sədərək” komandaları yer alıblar. Nəticəyə əsasən, “A” qrupundan “Naxçıvan” və “Babək”, “B” qrupundan isə “Ordubad” və “Culfa” komandaları yarımfinala vəsiqə qazanıblar. Bu mərhələdə daha baxımlı oyun sərgiləyən “Naxçıvan” və “Ordubad” komandaları həlledici qarşılaşmada üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Naxçıvan” komandasının qələbəsi ilə yekunlaşıb – 49:29. Turnirin üçüncülük matçında isə Culfa və Babək basketbolçuları üz-üzə gəliblər. Bu görüşdə şans bir qədər culfalıların tərəfində olub – 23:22.
Bununla da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş basketbol üzrə muxtar respublika birinciliyinin qalibi “Naxçıvan” komandası olub.
Üç gün davam edən turnirin qalibləri diplom, basketbol topu, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR