22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası gömrük orqanları arasında təşkil olunan futzal turnirinə yekun vurulub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarışın qalibi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası olub. Artıq ənənə halını almış turnirdə dəfələrlə çempionluq sevinci yaşayan “Naxçıvan” komandası növbəti uğurunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası üzərində əldə edib.
Bakı şəhərindəki ABU ARENA-da keçirilən final oyunu gözlənildiyindən də gərgin olub. Matçın 3-cü dəqiqəsində əks-hücumda yaxalanan komandamız hesabda geri düşüb. Sonrakı dəqiqələrdə tərəflər əlverişli qol imkanları əldə etsələr də, ilk hissə elə bu hesabla da başa çatıb.

İkinci hissənin əvvəllərində bərabərlik qolu üçün təzyiqi artıran komandamız rəqibin növbəti sürətli hücumu nəticəsində çətin duruma düşüb. Hesab arasındakı fərq iki topa çatıb. İkinci hissənin ortalarında Polad Həsənlinin ötürməsindən sonra topu boş qapıdan keçirən Kamil Hacıyev futzalçılarımızı ruhlandırıb. Rəqibin əks-hücumları təhlükəli olsa da, komandamız sona 4 dəqiqə qalmış “status-kvo”nu bərpa edib. Ramazan Ağa­yevin qolu oyunu uzatmalara aparıb. Hər biri 5 dəqiqəlik ikihissəli uzatmalarda futzalçılarımız rəqib üçün çıxış yeri qoymayıblar. Kamil Hacıyev kimi, Orxan Məmmədov da dubla imza atıb. Beləliklə, final qarşılaşması “Naxçıvan” komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Final oyunundan əvvəl keçirilmiş üçüncülük uğrunda qarşılaşmada isə Bakı Baş Gömrük İdarəsinin komandası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin futzalçılarını məğlubiyyətə uğradıb.
Sonra qaliblərin və şəxsi göstəricilərə görə turnirdə fərqlənənlərin mükafatlandırılması mərasimi olub. Komandamızın qapıçısı Rahil Tahirli turnirin ən yaxşı qapıçısı, Kamil Hacıyev isə ən yaxşı müdafiəçisi seçilib.

Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR