22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 5-сi turu dünən keçirilən oyunlarla yekunlaşıb.
“A” turnirinin lideri gürcüstanlı qrossmeyster Levan Pantsulaya bu turda 4-cü pillədə qərarlaşan ukraynalı qrossmeyster Vladimir Onişukla qarşılaşıb. Turnirə iddialı başlayan Levan Pantsulaya bu görüşdən də qələbə ilə ayrılıb. Qazandığı qələbələrlə ikinci pillədə qərarlaşan azərbaycanlı beynəlxalq usta Zaur Məmmədov gürcüstanlı qrossmeyster Luka Paiçadzeni sınağa çəkib və qarşılaşmada rəqiblər xalları yarı bölüblər. Bu turda azarkeşlər azərbaycanlı qrossmeysterlər Rauf Məmmədov-Ülvi Bacarani, fransız qrossmeyster Bakrot Etyen-rusiyalı qrossmeyster Yevgeni Romanov və iranlı FİDE ustası Musavi Seyid Xəlil-rusiyalı qrossmeyster Aleksandr Xalifman duelinə şahidlik ediblər. Bu görüşlərdə Ülvi Bacarani və Aleksandr Xalifman qalib gəldiyi halda, Bakrot Etyen heç-heçə ilə razılaşmalı olub.
Naxçıvanın zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov bu turda azərbaycanlı qrossmeyster Nicat Abbasovla, digər həmyerlimiz, FİDE ustası Ürfan Sevdimalıyev isə gürcüstanlı FİDE ustası Georgi Sibaşvili ilə ağ-qara taxtada üz-üzə gəliblər. Hər iki həmyerlimiz bu turu məğlubiyyətlə başa vurub.

Hazırda “A” turnirinə gürcüstanlı qrossmeyster Levan Pantsulaya 5 xalla liderlik edir. Azərbaycanlı qrossmeyster Ülvi Bacarani, Eltac Səfərli və rusiyalı qrossmeyster Aleksandr Xalifman isə rəqiblərindən 1 xal geridə qalaraq digər pillələrdə qərarlaşıblar.
“B” turnirinin 3 liderindən ikisinin bu turda üz-üzə gəlməsi turnir cədvəlində dəyişikliyə səbəb olub. Belə ki, iki zəka sahibimiz Rəşad Zeynallı və Vəli Zeynalzadə duelində qalib müəyyənləşməyib və bu heç-heçə daha çox Rəşad Zeynallının işinə yarayıb. İran şahmatçısı, aktivində 4 xal olan Behranq Kabudi isə bu turda azərbaycanlı zəka sahibi Nurlan Şabanovla qarşılaşıb. Qrupun favoriti kimi göstərilən iranlı şahmatçı azərbaycanlı zəka sahibini məğlub etməyi bacarıb. Digər həmyerlimiz, 12 yaşlı Məhəmməd Muradlı da bu turu qələbə ilə başa vurub. O, 5-ci turda gürcüstanlı zəka sahibi Georgi Xomerikidən üstün olub. Bu nəticələrdən sonra 5 turda maksimum nəticə toplayan İran şahmatçısı Behranq Kabudi şəriksiz liderliyini davam etdirir. Sonrakı 4 pillədə isə azərbaycanlı şahmatçılar Məhəmməd Muradlı, Rəşad Zeynallı, Vəli Zeynalzadə və Toğrul Həsənzadə qərarlaşıblar – 4,5 xal.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “C” turnirində 5-сi tura lider kimi başlayan Naxçıvan şahmat məktəbinin yetirməsi Kənan Şərifzadə bu turda sumqayıtlı həmkarı Ləman Hacıyeva ilə qarşılaşıb və məğlub olub. Digər həmyerlimiz Siyavuş Bağırov isə Nihad Əsgərova qalib gəlib və aktivindəki xalı 4-ə çatdırıb. Turnir cədvəlinin digər liderləri Mətin Mürsəlli və Altay Eynullayevin duelindən birinci şahmatçı qalib kimi ayrılıb. Hazırda “C” turnirinə 5 xalla Mətin Mürsəlli və Ləman Hacıyeva başçılıq edirlər.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR