“Naxçıvan -2015” Beynəlxalq Şahmat Festivalının ilk turu maraqlı qarşılaşmalarla yadda qalıb.
Bu turda “A” qrupunda keçmiş dünya çempionu, yarışın ən yüksək reytinqli şahmatçısı, özbəkistanlı Rustam Kasımcanov Azərbaycan şahmatçısı, beynəlxalq usta Ayaz Məmmədovla qarşılaşıb və “sülh”ə razılaşıb. Qadınlar arasında dünya çempionu, Çin təmsilçisi Hou Yifanın ilk qarşılaşmada azərbaycanlı beynəlxalq usta Nicat Ağayev olub. Daha üstün oyun sərgiləyən çinli zəka sahibi ilk turu qələbə ilə başa vurub. Azərbaycanlı qrossmeyster Rauf Məmmədov isə türkiyəli şahmatçı, FİDE ustası Ege Köksal ilə görüşüb və ilk qələbəsini qazanıb.
Naxçıvanın zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov ilk görüşündə beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova ilə üz-üzə gəlib və ağ qara taxtadan qələbə ilə ayrılıb. Digər həmyerlimiz FİDE ustası Ürfan Sevdimalıyev FİDE ustası Nail Bəşirli ilə üz-üzə gəlib və onlar xalları yarı bölüblər.
Bu turda türkiyəli FİDE ustası Arat Ufuk Sezen ağ qara taxtada fransız Bakrot Etienlə mübarizə aparıb. Türkiyə təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib və xalları yarı bölüblər. Azərbaycanlı qrossmeyster Eltac Səfərlinin ilk rəqibi isə digər həmyerlimiz Orxan Abdulov olub. Bu qarşılaşma isə Eltacın xeyrinə başa çatıb. Ukrayna şahmatçısı Vladimir Baklan İran şahmatçısı, FİDE ustası Aryan Qulamini, ukraynalı qrossmeyster Vladimir Onişşuk Azərbaycan şahmatçısı, beynəlxalq usta Bəhruz Rzayevi məğlub edib.
Hindistan şahmatçısı Gupta Abhijeet bu turda azərbaycanlı şahmatçı Vüqar Əsədli ilə, rusiyalı şahmatçı, qrossmeyster Aleksandr Xalifman FİDE ustası, gürcüstanlı Georgi Sibaşvili ilə, Naxçıvanda keçirilən beynəlxalq şahmat festivallarının ənənəvi iştirakçılarından olan holland şahmatçısı Sergey Tivyakov azərbaycanlı, beynəlxalq usta Misratdin İsgəndərovla xalları yarı bölüblər.
Xəbərlər şöbəsi