Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri ötən həftə Ağdam Olimpiya-İdman Kompleksində keçirilən beynəlxalq turnirdə uğur qazanıblar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş universal döyüş növləri üzrə beynəlxalq turnirə 2 idmançımız yollanıb. Məşqçi Cavid Məmmədovun rəhbərliyi ilə Ağdama yollanan idmançılarımızın hər ikisi mükafatçılar sırasına düşməyi bacarıb. Belə ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Həsənəliyev yarımfinal mərhələsinə kimi qələbə ilə irəliləsə də, həlledici görüşdə iştirak edə bilməyib və turniri üçüncü pillədə başa vurub. Elə 85 kiloqram çəkidə rinqə çıxan Xəyal Abdullayev də bu uğuru təkrarlayıb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.
Ceyhun Məmmədov