22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahbuz rayon ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə keçirilən rayon birinciliyinə yekun vurulub. Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 6 komanda mübarizə aparıb. Yarışdan əvvəl rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov çıxış edərək ümummilli lider Heydər Əliyevin idmana və gənclərə göstərdiyi qayğıdan danışıblar, yarış haqqında iştirakçılara məlumat veriblər.
Olimpiya sistemi ilə keçirilən yarışın nəticəsinə əsasən, Şahbuz Rayon Uşaq-gənclər idman məktəbinin komandası birinci yerə layiq görülüb. Biçənək kənd tam orta məktəbinin komandası ikinci, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda komandalara təşkilatçılar tərəfindən hədiyyələr və diplomlar təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR