Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şahmat yarışı keçirilib. Olimpiya sistemi üzrə keçirilən yarışda məktəbin 5-9-cu sinif şagirdləri iştirak ediblər. 4 gün davam edən yarışın yekun nəticələrinə əsasən, 5-ci sinif şagirdi Ümid Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Digər iki pillədə isə Renat Hacıyev və Nihad Süleymanov qərarlaşıblar. Sonda qaliblər mükafatlandırılıblar.
Ceyhun Məmmədov