Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatı davam edir. Artıq birincilikdə üçüncü turun oyunlarına yekun vurulub. Mövsümə iddialı başlayan “Ordubad” komandası bu turda culfalı həmkarlarını məğlub etməklə şərikli lider olublar. “Naxçıvan” Universitetinin komandası isə çempionatda ilk qələbəsini qazanıb. Tələbələr səfərdə “Sədərək” komandasından üstün olublar. Elə Naxçıvan şəhərinin “Lokomotiv” komandası da bu turda ilk qələbə sevinci yaşayıb. Onlar səfərdə “Babək” komandasını məğlubiyyətə uğradıblar.
3-cü turun oyunları:
“Babək”-“Lokomotiv” – 33:48
“Sədərək”-“Naxçıvan” Universiteti – 35:61
“Ordubad”-“Culfa” – 54:35.
Qeyd: “O” – oyun, “Q” – qələbə, “M” – məğlubiyyət, “T/F” – top fərqi, “X” – xal.
Ceyhun Məmmədov