22 Dekabr 2024, Bazar

Aprelin 14-də Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin oğlan və qız atletləri arasında yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 15 tam orta məktəbin komandası iştirak edib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, birinciliyin keçirilməsində məqsəd Naxçıvan şəhərində yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq və onları yüngül atletika idman növünə cəlb etməkdən ibarətdir.
Sonra Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov və Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev çıxış edərək muxtar respublikada idmanın inkişafına göstərilən qayğıdan, idmanın kütləviləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, idmançılara uğurlar arzulayıblar.
195 oğlan və qız atletin iştirak etdiyi yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında İsmayıl Haqverdiyev, Tural Gözəlov, Vəli Tağıyev, Səfər Tağıyev, Rövşən Quliyev müvafiq olaraq 100, 200, 400, 800, 1500 metr, qızlar arasında isə Aytəkin Ələkbərova, Sevinc Haqverdiyeva, Səbinə Bədəlova, Zülfiyyə Mehdiyeva müvafiq olaraq 100, 200, 300, 500 metr məsafələrə qaçışda I yerlərə layiq görülüblər. Komanda hesabında isə 9 nömrəli tam orta məktəbin komandası birinci, 6 nömrəli tam orta məktəbin komandası ikinci, 16 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerlərə layiq görülüb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR