22 Dekabr 2024, Bazar

Babək Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə Çeşməbasar kəndindəki mini-futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Babək rayonunun idarə, müəssisə və təşkilatları arasında futzal üzrə rayon birinciliyinə yekun vurulub. Birincilikdə 12 komandadan 144 idmançı mübarizə aparıb.
Yarış başlanmazdan öncə Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı, Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov və Futbol Federasiyasının rayon bölməsinin rəhbəri Əsrafil Əsgərov çıxış edərək idmanın inkişafından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Olimpiya sistemi üzrə keçirilən turnirin qalibi adını Babək Rayon Poliş Şöbəsinin komandası qazanıb. Onlar finalda Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin komandasını məğlub ediblər. Üçüncü yerə isə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin komandası çıxıb.
Sonda qalib komandalara Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının rayon bölməsinin hədiyyələri təqdim olunub.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR