Naxçıvan Muxtar Respublikasının Voleybol Federasiyasının Culfa rayon bölməsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Əbrəqunus kənd tam orta məktəbinin idman zalında məktəblilər arasında voleybol yarışına yekun vurulub. Bu idman yarışının keçirilməsində əsas məqsəd voleybol oyununu şagirdlər arasında yaymaq və kütləviləşdirmək, onların voleybol ustalığını artırmaq və yarış təcrübəsini təkmilləşdirmək, həmçinin istedadlı voleybolçuları müəyyənləşdirməkdir.
Olimpiya sistemi ilə keçirilmiş yarışda 1998-2000-ci il təvəllüdlü oğlan şagirdlər iştirak ediblər. Rayonun ümumtəhsil məktəblərinin 10 komandasının iştirak etdiyi voleybol birinciliyində Əbrəqunus kənd tam orta məktəbinin komandası birinci, Xanəgah məktəbliləri ikinci, Qızılca kənd tam orta məktəbinin komandası isə üçüncü yerləri tutublar.
Qalib komandalar rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər idman məktəbinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
Ceyhun Məmmədov