22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhərində təşkil etdiyi sərbəst güləş üzrə DİN əməkdaşları arasında respublika çempionatına yekun vurulub. Bu yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da iştirak ediblər. Nazirliyin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayevin rəhbərliyi ilə Bakıya yollanan 7 güləşçimizdən dördü mükafatçılar sırasına düşməyi bacarıb. Belə ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ma­hir Babayev yalnız həlledici qarşılaşmada məğlub olub və ikinciliklə kifayətlənib. Onun kimi 74 kiloqram çəki dərəcəsində Ramin Məmmədov da gümüş medalla mükafatlandırılıb. Ağır çəki dərəcəsin­də mübarizə aparan Elməddin Abdullayev (97 kq) və Kamil Salayev (125 kq) isə üçüncü yerə layiq görülüblər.
Qalib idmançılarımıza diplom, medal və idman geyimləri təqdim edilib.
Məlumat üçün qeyd edək ki, idmançılarımız bu uğurdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərbəst güləş üzrə yığmasına dəvət olunublar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR