22 Dekabr 2024, Bazar

Dünən Babək rayonunda keçirilən yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı 9 çəki dərəcəsində mübarizə aparıb. 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan yarışın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı və rayon Polis Şöbəsinin rəisi, polis mayoru İlham Məmmədov çıxış edərək soyqırımı haqda danışıblar. Çıxış edənlər həmçinin son illər muxtar respublikada idmanın kütləvi hal aldığını və gənclər arasında geniş yayılması üçün Naxçıvanda hər bir şəraitin olduğunu diqqətə çatdırıblar.
Birinciliyin reqlamentinə gəlincə, 9 çəki dərəcəsində mübarizə aparan idmançılar rinqdə kimin güclü olduğuna aydınlıq gətiriblər. Nəticəyə əsasən, Ümid Bayramov (27 kq), İsmayıl Yaqubov (31 kq), Anar Tarverdiyev (34 kq), Sənan Əliyev (39 kq), Rauf Həsənov (51 kq), Araz Hüseynzadə (57 kq), Kənan Məmmədov (60 kq), Ramul Səfərli (63 kq) və Abbas Qədimov (67 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda qalib idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR