20 May 2024, Bazar ertəsi

Ötən gün Sədərək Rayon Gənclər və İdman İdarəsi ilə rayon Uşaq-gənclər şahmat məktəbinin birgə təşkil etdiyi məktəblilər arasında şahmat yarışına yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilən yarış Sədərək rayonundakı şahmat məktəbində təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev ulu öndərin həyat və fəaliyyətindən, eləcə də ümummilli liderin şahmat idman növünə göstərdiyi qayğıdan danışıb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 40 zəka sahibi 2 yaş qrupunda qüvvəsini sınayıb.
İlk qrupda 12 yaşadək şahmatçılar mübarizə aparıblar. Bu qrupda daha bacarıqlı oyun sərgiləyən Hüseyn Musayev yarışın qalibi adını qazanıb. Murad Ələkbərov ikinci, Kənan Fətullayev isə üçüncü olublar.
12 yaşdan yuxarı zəka sahiblərinin mübarizəsində isə Turan Adnalı bütün rəqiblərini üstələyərək birinci pillənin sahibi olub. Ondan bir pillə geri qalan Vidadi Məmmədov ikinciliklə kifayətlənib. Cavid Nadirsoy isə yarışın üçüncüsü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən fəxri fərman və diplomlar verilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR