Dünən Culfa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Uşaq-gənclər idman məktəbində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə rayon birinciliyi keçirilib. 6 çəki dərəcəsində 40-dan çox dəri əlcək sahibinin mübarizə apardığı birincilik gərgin idman mübarizəsi şəraitində keçib. Yarışın nəticələrinə əsasən, Məmməd Məmmədov (35 kq), Məhəmməd Novruzov (40 kq), Kənan Əsgərov (44 kq), Atilla Haqverdiyev (48 kq), Fəxri Qazıbəyov (52 kq) və Sənan Rzayev (55 kq) öz çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək rayon birinciliyinin qalibi adını qazanıblar.
Qaliblərə təşkilatçı idarə tərəfindən diplomlar verilib.
Ceyhun MƏMMƏDOV