Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində daha bir turnir keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının birgə təşkil etdiyi turnir 10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsinə həsr edilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən şahmat üzrə turnir gərgin mübarizə ilə yadda qalıb. Olimpiya sistemi üzrə təşkil edilən yarışın qalibi adını Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Röya Müslümzadə qazanıb. Naxçıvan Özəl Universitetinin (NÖU) tələbəsi Əli Hüseynzadə isə rəqibindən geri qalaraq ikinciliklə kifayətlənib. Əli Məmmədov (NDU) və Eldar Sadıqov (NÖU) isə üçüncü olublar.
Ceyhun MƏMMƏDOV