22 Dekabr 2024, Bazar

Sentyabrın 29-da İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sərbəst güləş üzrə Avropa və dünya çempionatlarının qalibi, həmyerlimiz Hacı Əliyevin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə əvvəlcə idmançının Avropa və dünya çempionatlarında iştirak etdiyi yarışlardan videokadrlar nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov tədbirdə çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında idmana göstərilən yüksək diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi muxtar respublikamızın idmançıları müxtəlif səviyyəli idman yarışlarında iştirak edir, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük. Azər Zeynalov beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Sonra qalib güləşçiyə qiymətli hədiyyə təqdim olunub.
Gənc idmançı Hacı Əliyev ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyini vurğulayıb.
Mükafatlandırma mərasimindən sonra “Təbriz” otelində mətbuat konfransı keçirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandıran Hacı Əliyev 2014-cü ilin onun üçün uğurlu olduğunu, məhz bu ildə həm Avropa, həm də dünya çempionu olmağından böyük sevinc hissi keçirdiyini bildirib. Ölkə­mizi dünyada layiqincə təmsil etməkdən qürur duyan idmançı bundan sonra da Vətənimizin idman şərəfini fəxrlə qorumağa çalışacağını vurğulayıb.
Qeyd edək ki, Əliyev Hacı Azər oğlu 1991-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan güləş məktəbinin yetirməsi olan Hacı Əliyev Azərbaycan güləş tarixində ilkə imza atanlardan biridir. O, bir il ərzində sərbəst güləş idman növü üzrə 61 kiloqram çəki dərəcəsində həm Avropa, həm də dünya çempionu adını qazanıb.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR