20 May 2024, Bazar ertəsi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən qaydasız döyüşün MMA növü üzrə beynəlxalq turnir Naxçıvan idmançısı üçün uğurlu olub. Belə ki, qonşu ölkəyə yollanan idmançımız rinqdə bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.
Azərbaycan millisinin heyətində Gürcüstana yollanan həmyerlimiz Gündüz Qarayevin ilk rəqibi yerli idmançı olub. Tam üstünlüklə qələbə qazanan Gündüz Qarayev finala yüksəlib. Hər kəsin maraqla gözlədiyi həlledici qarşılaşmada onun rəqibi Ermənistan idmançısı olub. Lakin rinqə çıxan Gündüz Qarayev rəqibini gözləsə də, erməni idmançı naxçıvanlı idmançı ilə döyüşməkdən imtina edib və rinqə çıxmaqdan çəkinib.

Nəticədə, idmançımız texniki qələbə qazanıb və turnirin baş mükafatına layiq görülüb. Gündüz Qarayev bizimlə söhbətində turnirlə bağlı bunları dedi: “Turnirə ciddi hazırlaşırdım. Bilirdim ki, heç də asan rəqiblər olmayacaq. İlk döyüşümdə yerli idmançı üzərində tam qələbə qazandıqdan sonra digər rəqiblərim çəkindilər. Ancaq mən rinqə çıxıb öz döyüşümü göstərmək istəyirdim. Həlledici qarşılaşmada erməni idmançısını gözlədiyim halda, o, rinqə çıxmadı və mən qalib oldum. İndi qarşıda bir neçə beynəlxalq turnir var. Onlara da ciddi şəkildə hazırlaşıram”.
Qeyd edək ki, təşkilatçılar tərəfindən idmançımıza diplom və qiymətli hədiyyələr verilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR