Boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Çempionatda Naxçıvan Muxtar Respublikasının boksçuları uğurla çıxış ediblər. Belə ki, muxtar respublika təmsilçisi İman Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 76 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb.
40 kiloqramda Muxtar Fərzəliyev yarımfinala kimi yüksəlsə də, bu mərhələdə məğlub olub və çempionatın bürünc mükafatını qazanıb. Onunla yanaşı, 56 kiloqramda Elçin Məmmədov və 65 kiloqramda Tural Əhmədli Azərbaycan çempionatında bürünc mükafatın sahibi olublar.
Sonda mükafatçılara diplom, medal və qiymətli hədiyyələr verilib.
Ceyhun MƏMMƏDOV