20 May 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali və orta ixtisas məktəbləri tələbələri arasında və Hava və Ekstremal İdman Növləri Federasiyasının klubları arasında Əlincə qalasına yürüş üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi turnirdə 200-dən artıq idmançı iştirak edib.
Yarışdan əvvəl Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov idmançılara uğurlar arzulayıblar.
Yürüşdə daha yaxşı nəticəni Heydər Əliyev adına Hərbi Liseyin kursantları əldə ediblər. Onlar bütün rəqiblərini qabaqlayaraq turnirin baş mükafatını qazanıblar. Naxçıvan Dövlət Universitetinin tələbələri ikinci, Culfa rayonunun komandası isə yürüşü üçüncü pillədə başa vurublar.
Sonda nazirlik və federasiya tərəfindən qalib komandalara diplom və qiymətli hədiyyələr verilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR