22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birgə yığıncaq keçirib. Yığıncaqda nazirlik və idman federasiyaları tərəfindən ötən il ərzində görülən işlərin nəticələrindən söhbət açılıb, cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, 2012-ci ildə muxtar respublikanın kənd və qəsəbələrində kütləvi idman tədbirlərinin keçirilməsi nəzarətdə saxlanılıb, respublika və beynəlxalq miqyaslı yarışlarda idmançıların iştirakına diqqət artırılıb. Ötən müddət ərzində idman sahəsində perspektiv vəd edən gənclərin yetişdirilməsi, istedadlı uşaqlar barədə məlumat bazasının yaradılması, ayrı-ayrı federasiyalar üzrə tanınmış məşqçi və mütəxəssislərin muxtar respublikaya dəvət edilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Muxtar respublikada gənc nəslin sağlam və təhsilli böyüməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirilib, əlaqədar qurum və təşkilatlar tərəfindən müvafiq işlər görülüb.
Nazir bildirib ki, məşqçilərin attestasiyasının keçirilməsi, hakim və məşqçilərin ustalığının artırılması, ehtiyacı olan idmançıların idman ləvazimatları ilə təmin olunmasına da xüsusi diqqət yetirilib. Ötən il muxtar respublika 3 beynəlxalq yarışa, bir Azərbaycan çempionatına evsahibliyi edib. 2012-ci ildə ayrı-ayrı növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 14, beynəlxalq yoldaşlıq görüşlərində 12, Azərbaycan birinciliklərində 70 və paralimpiya oyunlarında 1 medal qazanıblar. Nazirlik idman məşqçiləri və hakimlərinin attestasiyasının keçirilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə İslam Hümbətov adına Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin məşqçilərinin attestasiyasını təşkil edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bölgələrdə keçirilən idman tədbirlərinin keyfiyyətinin yüksəldilməsi, respublika səviyyəsində təbliği və monitorinqinin həyata keçirilməsi, məlumat bazasının yaradılması məqsədilə xüsusi tədbirlər planının icrasına başlayıb. Bundan sonra muxtar respublika əhəmiyyətli idman tədbirləri haqqında ətraflı məlumat nazirliyin saytında yerləşdiriləcək və tədbirlər ölkə miqyasında işıqlandırılacaq. Buna görə də keçirilən yarışlarda operativlik, şəffaflıq və keyfiyyət ön plana çəkilməlidir. 
Məruzədə vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birlikdə idmanın kütləviliyinə nail olunması, idmançıların ölkə və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, hakimlərin, məşqçilərin, idmançıların ustalığının yüksəldilməsi və digər tədbirlərin günün tələbləri səviyyəsində təşkil edilməsi ilə bağlı səylərini daha da artırmağı qarşıya məqsəd qoyub.
Sonra muxtar respublika Boks, Güləş, Karate-do, Şərq döyüşü sənəti, Futbol, Voleybol, Şahmat, Yüngül atletika, Par­alimpiya, B asketbol federasiyalarının sədr müavinlərinin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, son illər muxtar respublikada idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsində yarışlarda qazanılan medalların sayı artır. Uğurlu nəticələrin əldə olunmasında federasiyaların da üzərinə böyük məsuliyyət düşür. Bu gün muxtar respublikada fəaliyyət göstərən federasiyalar üzərlərinə düşən öhdəliyin ciddi və məsuliyyətli olmasını anlayaraq işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.
Sonda federasiyaların 2013-cü il üçün tədbirlər planı müzakirə olunaraq təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR