20 May 2024, Bazar ertəsi

Azərbaycan Respublikası gömrük orqanları arasında təşkil olunan futzal turnirinə yekun vurulub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 22-ci ildönümünə həsr olunan yarışın qalibi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası olub. Artıq ənənə halını almış turnirdə dəfələrlə çempionluq sevinci yaşayan “Naxçıvan” komandasının növbəti uğuru məhz muxtar respublikamızın 90 illik yubileyinə təsadüf edib. 

Həlledici qarşılaşma “Naxçıvan” və “HNBGİ” (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) komandaları üz-üzə gəlib. Final matçı ümummilli liderimizin doğum günündə – may ayının 10-da Bakı şəhərindəki ABU ARENA-da baş tutub.
Rəqibin əks-hücum taktikası oyunun 12-ci dəqiqəsində öz bəhrəsini verib. Qapı önündə yaranmış qarışıqlıq zamanı Ramazan Ağa­yevin topu uzaqlaşdırmaq istəyi avtoqolla nəticələnib. Buna baxmayaraq, birinci hissənin tamamın­da futzalçılarımız “status-kvo”nu bərpa etməyi bacarıblar. Aynar İsmayılov rəqib qapıçı üçün çıxış yeri qoymayıb.
Oyunun ikinci hissəsi də gərgin və maraqlı alınıb. Komandamızı hesabda önə keçirən Aynar İsmayılov sona beş dəqiqə qalmış het-trikini rəsmiləşdirməklə yekun nəticəni müəyən edib: 3:1.
Final oyunundan əvvəl keçirilmiş üçüncülük uğrunda qarşılaşmada isə Bakı Baş Gömrük İdarəsinin komandası Biləsuvar Gömrük İdarəsinin futzalçılarını məğlubiyyətə uğradıb.
Sonra qaliblərin və şəxsi göstəricilərə görə turnirdə fərqlənənlərin mükafatlandırılması mərasimi olub. Komandamızın qapıçısı Rahil Tahirli turnirin ən yaxşı qapıçısı, Aynar İsmayılov isə ən məhsuldar oyunçu seçilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR