22 Dekabr 2024, Bazar

Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş voleybol üzrə Naxçıvan Muxtar Respublika turnirinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi turnir 3 gün davam edəcək.
Yarışı Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra söz Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyevə verildi. Federasiya rəsmisi gənc­lərin bu idmana olan marağından danışdı, muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs etdi.
Turnirin reqlamentinə əsasən, 8 komanda 2 yarımqrupda mübarizə aparır. Dairəvi sistem üzrə keçirilən yarışda Şərur, Babək, Sədərək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarını, həmçinin Naxçıvan şəhərini eyniadlı komandalar təmsil edir. Qrup mərhələsində ilk 2 pilləni tutan komandalar yarımfinala yüksələcəklər. Turnirin final qarşılaşması mayın 14-də keçiriləcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR