22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının yeddinci turunun görüşləri keçirilib.
Bu turda ən güclü şahmatçıların yarışdığı “A” qrupunda Bakı şahmatçısı, qrossmeyster Rauf Məmmədov özü ilə eyni titulu daşıyan Boris Savçenko ilə qarşılaşıb. Bu görüş hər iki şahmatçıya yarım xal qazandırıb. Yeddinci turun ən inamlı oynayan zəka sahibləri gürcü şahmatçılar olublar. Belə ki, Gürcüstan şahmatçılarından Merab Qaqunaşvili ukraynalı Anton Korobovu məğlub edib.

Levan Pantsulaya ilə rusiyalı Natalya Jukova arasındakı görüş gürcüstanlı şahmatçının xeyrinə başa çatıb. Digər bir gürcü şahmatçısı Konstantin Şanava isə Yardımlı Şahmat Məktəbinin yetirməsi Bəhruz Rzayev ilə görüşdən qalib ayrılıb. “A” qrupunda Naxçıvan şahmatçılarından Ürfan Sevdimalıyev bakılı şahmatçı Anar Ələkbərovla görüşün bəhrəsi olan bir xala şərik çıxıb. Digər şahmatçımız Talıb Babayev isə ağ-qara taxtada bakılı Nərmin Məmmədovanı məğlub edə bilməyib.
Ümumiyyətlə, bu turdan sonra “A” qrupunda 7 qarşılaşmadan 5 xal qazanan yeddi şahmatçı var. Bunlardan ikisi Azərbaycan, ikisi Gürcüstan, ikisi Rusiya, biri isə Türkiyə şahmatçısıdır.
“B” qrupunda yeddi turdan sonra 6,5 xalı olan Bakı şahmatçısı Təbriz İdrisov turnir cədvəlində birincı sıraya adını yazdırıb. Bakı şahmatçısı Elşad Abdullayev, Ağdam idmançısı Fariz Əhmədov, qaxlı zəka ustası Pərvanə İsmayılova 7 mümkün xaldan altısını toplaya bilib. Bu turda Naxçıvan şahmatçılarından Kənan Rəhimov, Ramil Abdullayev, Ələkbər Əsgərov, Novruzəli Abdullayev, Elvin Namazlı, Aybəniz Hüseynova, Həsən Rəhimov, Orxan Zeynalov, Sücəddin Seyidov, Hətəm Kətanov, Bahaddin Hətəmov, Elmar Süleymanlı və Kamil Rzayev qələbə qazanaraq aktivlərinə daha  bir xal yazdırıblar.
Bakı şahmatçısı Kamran Rzazadənin yeddinci turdan sonra “C” qrupunun favoriti olmağa imkan verən göstəricisi altı xal yarımdır. Onu altı xalla İran şahmatçıları Seyid Pirmusəvi və Mani Cahedi izləyir. Sumqayıt şahmatçısı Elçin Məmmədlinin də aktivində altı xal var.
Xatırladaq ki, qarşıda şahmatçıları son iki tur gözləyir. Beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 12-də yekunlaşacaq.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR