22 Dekabr 2024, Bazar

Mayın 5-də ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının ikinci turu keçirilib. Bu turda “A” qrupunda ukraynalı şahmatçı Anton Korobov Azərbaycan şahmatçısı Vüqar Rəsulovla görüşdən qalib ayrılaraq aktivinə ikinci xalını yazdırıb.  Rusiya şahmatçısı Natalya Jukova isə  Eltac Səfərli ilə görüşdən  yarım xal əldə edib. Türkiyəli şahmatçı Dastan Muhammed Batuhan qrossmeyster Pavel Smirnovla görüşü qələbə ilə başa vurub.
Bu turda muxtar respublika şahmatçılarından Talıb Babayev Azərbaycan şahmatçısı Aqil Pirverdiyevlə görüşdən qələbəsiz ayrılıb və hər iki tur onun üçün nəticəsiz olub.

Digər bir Naxçıvan şahmatçısı Ürfan Sevdimalıyev isə ikinci turda da ənənəsinə sadiq qalıb və rəqibi ilə bir xala şərik çıxıb. Bu turda onun rəqibi Azərbaycan şahmatçısı Eldar Həsənov olub. Bu qrupda yaxşı nəticələr gözlənilən əcnəbi şahmatçılardan Boris Savçenko ondan gözlənilənləri doğrulda bilib və  həmyerlimiz Loğman Quliyevlə görüşü qalibiyyətlə başa vurub.
“C” qrupunda Naxçıvan şahmatçısı Ramal Heydərli qonaq şahmatçı Elçin Salamova qalib gəlib. Digər bir muxtar respublika şahmatçısı Nazlı Hümbətova  Leyla Abdullayeva ilə görüşdən qalib ayrılıb. Bu qrupda Naxçıvan şahmatçılarından  Əli Əliyev, Renat Hacıyev,  Sevinc Hacıyeva, Vahid Həsənli də turu qələbə ilə başa vurublar.  
“B” qrupunda isə  Naxçıvan şahmatçılarından Adil Sevdimalıyev Orxan Zeynal­ovla görüşdən yarım xalla ayrılıb. Digər bir muxtar respublika şahmatçısı Nəcəf Kəngərli Lana Əfəndiyevaya qalib gəlib.
Xatırladaq ki, bu gün festivalın üçüncü turu keçiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR